Təkliflər

İnternet paketi aldıqda Bakcell-dən PULSUZ Wi-Fi əldə edəcəksiz.

  1. LİMİTSİZ İNTERNET

    Limitsiz mobil İnternetdən istifadə etmək istəyirsiniz?
    Bakcell USB modemlər və İnternet SİM kartları üçün LİMİTSİZ trafikli İnternet paketləri təqdim edir.

     Paketİnternetin sürətiAktivləşdirməkQiymət
    Limitsiz 1* 1 Mbit/s *134*111#YES 12 AZN/ay
    Limitsiz 2** 2 Mbit/s *134*222#YES 20 AZN/ay

    Qeyd

    • Limitsiz İnternet paketləri 1 ay ərzində istifadə edilə bilər.
    • Balansda kifayət qədər vəsait olduqda paketlər hər ay avtomatik olaraq yenilənəcək.
    • İnternet paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • İnternet SİM kartının nömrəsini öyrənmək üçün — *666#YES.
    • Abunəçinin təqdim edilən xidmətdən sui-istifadə halları nəticəsində digər abunəçilərə təqdim edilən xidmətin keyfiyyətinin aşağı düşməsi aşkar edilərsə, Mobil Operator həmin nömrədə xidmətin məhdudlaşdırılması hüququnu özündə saxlayır.
    • Bu xidmət yalnız şəxsi istifadə üçündür və kommersiya məqsədləri üçün nəzərdə tutulmayıb.

    *30 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.
    **50 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.

  2. Yalnız mobil İnternetli planşetlər üçün
    Səsli zəngləri dəstəkləməyən planşetlərdə yüksəksürətli İnternetdən yararlanmaq üçün Bakcell sizə 3G İnternet SİM kartını və 4G USİM kartını təqdim edir:

    • 4G İnterneti dəstəkləyən planşetlər üçün USİM kartla 15GB trafik - 20 AZN.
    • Yalnız 3G İnternet dəstəkləyən planşetlər üçün SİM kartla 3GB trafik - 6 AZN.

    Təqdim edilən trafik bitəndən sonra digər İnternet paket ala bilərsiz.

     İstifadə müddətiQiymətAktivləşdirməkPaketi təkrar almaq
    3 GB 30 gün 6 AZN *134*3000#YES *134*555#YES
    Sür@ - 1
    15GB
    30 gün 20 AZN *134*105#YES
    Sür@ - 2
    40GB
    30 gün 40 AZN *134*355#YES
    • 3GB, Sür@ planşet, Sür@ - 1, Sür@ -2 paketlərində aylıq trafik bitdikdən sonra hər 1 MB 0,01 AZN təşkil edəcək və balansınızda qalan vəsaitdən çıxılacaq.
    • İnternet paketinin balansının yoxlanılması üçün — *134*559#YES.
    • Paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • İnternet SİM kartının nömrəsini öyrənmək üçün — *666#YES.
    • Balansında İnternet paketi olan hər bir Bakcell abunəçisi Bakının 200-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet əldə edə bilərsiz.


    Balansı artırmaq üçün:
    1. istənilən Bakcell ödəniş kartını alın, kartın üzərindəki şifrə panelini silin, *101# yığın, sonra 15 rəqəmli şifrəni daxil edin və #YES yığın.
    2. “MilliÖn”, “E-manat” və s. ödəmə terminalları, ATM terminalı, köşklər, bank filialları və digər ödəniş xidməti vasitəsi ilə balansı artırın.
    3. İnternetlə VISA, MasterCard, Maestro, MasterCard SecureCode, Visa Electron, Verified by Visa, AzeriCard vasitəsi ilə onlayn istifadə edin.

    Planşetdən Sür@ İnternet SİM kartı ilə göndərilən SMS

    • ölkədaxili – 0.05 AZN
    • ölkə xaricinə – 0.10 AZN

  3. İnternet + səsli zəngləri olan planşetlər üçün

    Planşetinizə CIN/KLASS/BUSINESS SİM kartını daxil etməklə siz səsli zəng, SMS və mobil İnternet xidmətlərindən istifadə edə bilərsiniz. Bu zaman siz aşağıdakı İnternet paketlərini aktivləşdirə bilərsiniz.

    Paketin həcmiİstifadə müddətiQiymətAktivləşdirməkPaketi təkrar almaq
    500 MB 1 ay 3 AZN *444*500#YES *444*555#YES
    750 MB 1 ay 4 AZN *444*750#YES
    1 GB 1 ay 5 AZN *444*1000#YES
    1.5 GB 1 ay 7 AZN *444*1500#YES
    3 GB 1 ay 9 AZN *444*3000#YES
    5 GB 1 ay 10 AZN *444*5#YES
    10 GB 1 ay 15 AZN *444*10#YES
    20 GB 1 ay 22 AZN *444*20#YES
    • Bütün İnternet paketləri, istifadə müddətləri bitəndən sonra, balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir.
    • Balansında İnternet paketi olan hər bir Bakcell abunəçisi Bakının 200-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet əldə edə bilərsiz.

      Qeyd:

    • 500 MB və daha yuxarı həcmli İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir və avtomatik olaraq 89 qəpik müqabilində balansınıza 100 MB trafik yüklənəcək və İnternetinizin sürəti yüksək olaraq qalacaq. Balansınızda 89 qəpikdən daha az vəsait olarsa İnternetin sürəti 64 kbps enəcək.
    • İstifadə edilməmiş İnternet trafikini yoxlamaq üçün *444#YES yığın.
    • İnternet paketi təkrar almaq üçün *444#555#YES yığın.
    • İnternet paketi deaktivasiya etmək üçün *444#0#YES yığın.

  4. Təhlükəsiz İnternet

    İnterneti övladlarınız üçün təhlükəsiz edin!
    Bakcell və Enginet övladlarınızın gələcəyini düşünür və onların sağlam və dolğun maariflənməsi üçün, arzuolunmaz saytlara daxil olmaqdan qoruyaraq “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Artıq valideynlərin nəzarəti olmadan uşaqlar rahatlıqla İnternetə daxil ola bilərlər.

    Aylıq trafik 10 GB
    Aylıq abunə 10 AZN
    Aktivləşdirmək *134#10#YES

    Bütün qiymətlərə ƏDV daxildir.

    “Təhlükəsiz İnternet” xidməti Bakcell və Enginet tərəfindən birgə təqdim edilir. Ölkəmizin 500-dən çox məktəbi artıq “Təhlükəsiz İnternet” şəbəkəsinə qoşulub. İndi təhlükəsiz İnternet evinizə daxil olur. Siz “Təhlükəsiz İnternet” paketini istənilən cihazda: mobil telefonda, planşetdə, kompüterdə istifadə edə bilərsiniz.

    “Təhlükəsiz İnternet” xidməti məlumatları süzgəc sistemindən keçirir və övladlarınızı

    • Mənəviyyatsız,
    • Narkotik təbliğ edən,
    • Terrorizm və zorakılığı yayan,
    • İrqi və dini ayrıseçkiliyi dəstəkləyən saytlardan qoruyacaq.

    Qeyd

    • Aylıq trafik 10 GB limitini keçdikdə İnternetdən əlavə istifadəyə görə hər 1MB üçün 0.05AZN xidmət haqqı tutulacaq.
    • Təhlükəsiz İnternet xidməti bütün günü, uşaqların aktiv olduğu zaman yüksək sürətlə təqdim edilir. Yalnız axşam saat 22:00-dan gecə 02:00 qədər İnternetin sürəti 128 kbps enir.
    • Təhlükəsiz İnternet 4G LTE şəbəkəsində dəstəklənmir.

  5. Bakcell Wi-Fi
    Bakının 100-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet.


    Bakcell şirkətinin təklif etdiyi pulsuz Wi-Fi xidmətindən indi bütün Bakcell abunəçiləri, MND abunəçiləri və ölkəyə səfər etmiş xarici nömrəsi ilə Bakcell şəbəkəsindən istifadə edən qonaqlar da faydalana bilərlər. Wi-Fi xidmətindən istifadə etməyə başlamaq üçün sizdən başqa heç nə tələb olunmur.
    Bakcell şirkətinin pulsuz Wi-Fi xidmətindən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür.
    Ətraflı

  6. Opera Mini
    Opera Mini-ni aktivləşdirin və ən sərfəli qiymətlərlə 3G Sür@-li limitsiz İnternet gəzintisini reallaşdırın.


    Bakcell yeni Opera Mini mövsümünü açıq elan edir!
    Opera Mini-ni aktivləşdirin və ən sərfəli qiymətlərlə 3G Sür@-li limitsiz İnternet gəzintisini reallaşdırın. Opera Mini brauzerini yükləmək üçün lütfən www.opera.com və ya m.opera.com saytlarına daxil olun.
    Siz Opera Mini ilə 24+ saatlıq və yaxud 1 aylıq  limitsiz İnterneti aktivləşdirə bilərsiniz.
    Ətraflı

  7. Bakcell INQUTU – bir toxunuşla ünsiyyət
    Bütün onlayn ünsiyyət kanallarınızı bir yerə cəmləmək, dostlarınız və həmkarlarınızla istədiyiniz vaxt, istədiyiniz mobil cihazdan bir interfeysdən istifadə edərək yazışmaq üçün mükəmməl vasitədir.


    InQutu üstünlükləri
    Bakcell InQutu–ya qoşularaq, gündəlik istifadə etdiyiniz elektron poçt, sosial şəbəkələr və digər proqramlardan yararlanmaq üçün kompüter, müxtəlif xidmətlər və tətbiqlərə daha ehtiyac qalmayacaq.
    Siz, Facebook, Twitter və LinkedIn də daxil olmaqla sosial şəbəkələrdəki hesablarınızı əlavə edə və bu sosial şəbəkələrdə paylaşımlara baxa, şərh yaza, status, şəkillər və mühüm hadisələrinizi yeniləyə bilərsiniz.
    InQutu ilə bütün elektron poçt ünvanlarınız artıq bir yerdədir. Bütün elektron poçt hesablarınızı (şəxsi və iş) əlavə edə, yeni elektron poçt haqqında SMS-lə xəbərdarlıq ala və həmçinin istənilən növ qoşmanı qəbul edə və ya göndərə bilərsiniz.
    Yeni kontaktlar və təqvimə yeni tədbirlər əlavə edin, qəbul olan mesajlar və ya mühüm görüşlər haqqında SMS məlumatlar və xəbərdarlıqlar alın.
    InQutu ilə mühüm məlumatları Google ilə sinxronlaşdıra və daha artığını edə bilərsiniz. Bunların hamısı yalniz bir mobil cihazda!
    Ətraflı