Təkliflər

İstənilən İnternet paketi aldıqda Bakcell-dən PULSUZ Wi-Fi əldə edəcəksiz.

  1. YouTube İnternet paketi
    Tez-tez YouTube ilə videolar seyr edirsinizsə, aşağıdakı paketlərdən birini seçin və İnternetdə YouTube videolarını rahat izləyin.

    PaketlərTrafik həcmiAktivləşdirməkQiymət
    YouTube 1

    2 GB

    *530*2000#YES 2 AZN
    YouTube 2

    5 GB

    *530*5000#YES 4 AZN

    Qeyd

    • YouTube paketlərinin istifadə müddəti 7 gündür;
    • Paketin trafiki yalnız YouTube videolarının baxılmasına istifadə edilə bilər;
    • Paketə ayrılmış trafik bitdikdən sonra, İnternetdən istifadə üçün xidmət haqqı tarifinizə müvafiq olaraq balansınızdakı vəsaitdən çıxılacaq;
    • YouTube paketini deaktivasiya etmək üçün *530*0#YES yığın.

  2. Mənim Saatım İnternet paketi
    Mənim Saatım
    İnternet paketi ilə siz özünüzə heç bir məhdudiyyət qoymadan, yüksəksürətli İnternetdən faydalana bilərsiniz, üstəlik cəmi 0.50 AZN-ə.

    Paketi aktivləşdirmək üçün *570*50#YES yığın.

    Qeyd

    • Mənim Saatım İnternet paketinin istifadə müddəti 1 saatdır;
    • Paketi gün ərzində yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər əldə etmək mümkündür;
    • Paketi yoxlamaq üçün *570#YES yığın.
    • Digər cihazların Wi-Fi Hotspot ilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil;
    • Paketin vaxtı bitdikdən sonra, İnternetdən istifadə üçün trafik sizin balansınızdakı İnternet paketindən çıxılacaq yaxud xidmət haqqı tarifinizə müvafiq olaraq balansınızdakı vəsaitdən çıxılacaq.

  3. LİMİTSİZ İNTERNET

    Limitsiz mobil İnternetdən istifadə etmək istəyirsiniz?
    Bakcell USB modemlər və İnternet SİM kartları üçün LİMİTSİZ trafikli İnternet paketləri təqdim edir.

     Paketİnternetin sürətiAktivləşdirməkQiymət
     Limitsiz 1* 1 Mbit/s *134*111#YES 12 AZN/ay
     Limitsiz 2** 2 Mbit/s *134*222#YES 20 AZN/ay

    Qeyd

    • Limitsiz İnternet paketləri 1 ay ərzində istifadə edilə bilər.
    • Balansda kifayət qədər vəsait olduqda paketlər hər ay avtomatik olaraq yenilənəcək.
    • İnternet paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • İnternet SİM kartının nömrəsini öyrənmək üçün — *666#YES.
    • Abunəçinin təqdim edilən xidmətdən sui-istifadə halları nəticəsində digər abunəçilərə təqdim edilən xidmətin keyfiyyətinin aşağı düşməsi aşkar edilərsə, Mobil Operator həmin nömrədə xidmətin məhdudlaşdırılması hüququnu özündə saxlayır.
    • Bu xidmət yalnız şəxsi istifadə üçündür və kommersiya məqsədləri üçün nəzərdə tutulmayıb.

    *30 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.
    **50 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.

  4. 3G Data Kart
    Sür@ Data Kartı - 35 AZN!

    Siz öz istəyinizə uyğun olaraq aşağıdakı İnternet paketlərindən birinə qoşula bilərsiniz.

     İstifadə müddətiQiymətAktivləşdirməkPaketi təkrar almaq
    3 GB 30 gün 6 AZN *134*3000#YES *134*555#YES
    Limitsiz 1*
    (1 Mbit/s sürətlə)

    1 ay

    12 AZN *134*111#YES
     Limitsiz 2**
    (2 Mbit/s sürətlə)

    1 ay

    20 AZN *134*222#YES
    Sür@ - 1
    15GB
    30 gün 20 AZN *134*105#YES
    Sür@ - 2
    40GB
    30 gün 40 AZN *134*355#YES
    • 3GB, Sür@ - 1, Sür@ -2 paketlərində aylıq trafik bitdikdən sonra hər 1 MB 0,01 AZN təşkil edəcək və balansınızda qalan vəsaitdən çıxılacaq.
    • İnternet paketinin balansının yoxlanılması üçün — *134*559#YES.
    • Paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • Sür@ Data Kart-ın proqram təminatı: SİM kartı modemə daxil etdikdən sonra, modemi kompüterə qoşun və proqram təminatı özü avtomatik yüklənəcək. Sür@ Data Kart-ın proqram təminatı avtomatik olaraq yüklənmirsə siz onu BURADAN ( Model - MF190A) (Model - MF631) yükləyə bilərsiniz.
    • İnternet SİM kartının nömrəsini öyrənmək üçün — *666#YES.
    • Balansında İnternet paketi olan hər bir Bakcell abunəçisi Bakının 200-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet əldə edə bilərsiz.

    *30 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.
    **50 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.

    Balansı artırmaq üçün:
    1. istənilən Bakcell ödəniş kartını alın, kartın üzərindəki şifrə panelini silin, *101# yığın, sonra 15 rəqəmli şifrəni daxil edin və #YES yığın.
    2. “MilliÖn”, “E-manat” və s. ödəmə terminalları, ATM terminalı, köşklər, bank filialları və digər ödəniş xidməti vasitəsi ilə balansı artırın.
    3. İnternetlə VISA, MasterCard, Maestro, MasterCard SecureCode, Visa Electron, Verified by Visa, AzeriCard vasitəsi ilə onlayn istifadə edin.

    Sür@ İnternet SİM kartı ilə göndərilən SMS

    • ölkədaxili – 0.05AZN
    • ölkə xaricinə – 0.10AZN

  5. 4G Sür@ Wi-Fi Data Kart
    4G Sür@ Wi-Fi Data Kart Bakcell şəbəkəsi olan hər yerdə yüksəksürətli İnternetlə təmin edir. Wi-Fi Data Kart 4G, 3G və 2G İnternetini eyni anda 10 cihazla bölüşmək imkanına qadirdir.

    • Paketin qiyməti – 59 AZN
    • Paketə daxildir

       
      4G Sür@ Wi-Fi Data Kart
      Sür@-2 paketi 1 aya (40GB)*
      Sür@ USİM nömrə
      Nömrənin aktivləşdirilməsi *134#YES

    Bütün qiymətlərə 18% ƏDV daxildir

    Paketi aşağıdakı ünvanlardan almaq olar:

    • Əhmədli Müştəri Xidmətləri Mərkəzi
    • Sahil Müştəri Xidmətləri Mərkəzi
    • Bakcell-IM ofislərində

    *İkinci aydan etibarən siz Sür@-2  istifadəni davam etdirə bilərsiz yaxud Data Kart və planşet üçün mövcud istənilən İnternet paketini ala bilərsiz.

     İstifadə müddətiQiymətAktivləşdirməkPaketi təkrar almaq
    3 GB 30 gün 6 AZN *134*3000#YES *134*555#YES
    Limitsiz 1*
    (1 Mbit/s sürətlə)
    30 gün 12 AZN *134*111#YES
    Limitsiz 2**
    (2 Mbit/s sürətlə)
    30 gün 20 AZN *134*222#YES
    Sür@ - 1
    15GB
    30 gün 20 AZN *134*105#YES
    Sür@ - 2
    40GB
    30 gün 40 AZN *134*355#YES

    Qeyd:

    • 3GB, Sür@ - 1, Sür@ -2 paketlərində aylıq trafik bitdikdən sonra hər 1 MB 0,01 AZN təşkil edəcək və balansınızda qalan vəsaitdən çıxılacaq.
    • İnternet paketinin balansının yoxlanılması üçün — *134*559#YES.
    • Paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • İnternet SİM kartının nömrəsini öyrənmək üçün — *666#YES yığıb kompüter vasitəsilə USSD menyudan sorğu göndərin.
    • 4G Sür@ Wi-Fi Data Kart-dan istifadəyə başlamaq üçün İnternet brauzerində idarəetmə səhifəsində (istifadəçi adı: admin)(şifrə: admin) daxil edin.
    • Balansında İnternet paketi olan hər bir Bakcell abunəçisi Bakının 200-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet əldə edə bilərsiz.

    *30 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.
    **50 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.

    Texniki xüsusiyyətlər

    QoşulmaUSB Stick
    Bağlantı sistemi LTE/DC-HSPA+/ HSPA+/ HSPA/ UMTS/ EDGE/ GPRS/ GSM
    Bağlantı sürəti FDD LTE Cat4:150/50Mbps @20M BW | HSPA+ 42/5.76,21/5.76 Mbps | HSPA:14/5.76,7.2/5.76 Mbps
    Batareya USB vasitəsi ilə
    microSD kart Var
    Xarici antena TS-5
    Qəbul edilən siqnal Bütün LTE və 3G genişzolağlı tezliklər
    Wi-Fi protokol IEEE 802.11b/g/n
    Wi-Fi qoşulan cihazlar Eyni anda 10 cihaz
    Əməliyyat Sistemi Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8 , Windows8.1 (does not support Windows RT) Mac OS X 10.6, 10.7 və 10.8 sonrakı yeniliklərlə.


  6. 4G Data Kart
    3 ayı əvvəlcədən ödəyin və 4G LTE Data Kartı PULSUZ alın!

    Sür@–1 paketi üçün 3 aylıq ödəniş edildikdən sonra balansınıza 15 GB yüklənəcək. Növbəti hər iki ayda balansınıza 10 GB avtomatik olaraq yüklənəcək. Yüklənən trafik ay bitməmiş tam istifadə edilərsə, siz balansınızdakı əsas paketi yeniləməklə (*134*555#YES) növbəti ayın trafik paketini və bonusunu ala bilərsiniz.

     İstifadə müddətiQiymətAktivləşdirməkPaketi təkrar almaq
    3 GB 30 gün 6 AZN *134*3000#YES *134*555#YES
    Limitsiz 1*
    (1 Mbit/s sürətlə)
    30 gün 12 AZN *134*111#YES
    Limitsiz 2**
    (2 Mbit/s sürətlə)
    30 gün 20 AZN *134*222#YES
    Sür@ - 1
    15GB
    30 gün 20 AZN *134*105#YES
    Sür@ - 2
    40GB
    30 gün 40 AZN *134*355#YES
    • Pulsuz Data Kart yalnız Sür@-1 paketi üçün 3 aylıq ödəniş edildiyi təqdirdə təqdim edilir. 3 aydan sonra istənilən müvafiq paketi aktivləşdirə bilərsiniz.
    • 3GB, Sür@ - 1, Sür@ -2 paketlərində aylıq trafik bitdikdən sonra hər 1 MB 0,01 AZN təşkil edəcək və balansınızda qalan vəsaitdən çıxılacaq.
    • İnternet paketinin balansının yoxlanılması üçün — *134*559#YES.
    • Paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
    • Balansında İnternet paketi olan hər bir Bakcell abunəçisi Bakının 200-dən çox nöqtəsində Bakcell Wi-Fi ilə pulsuz İnternet əldə edə bilərsiz.

    *30 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.
    **50 GB-dan sonra İnternetin sürəti 64 kbit/s düşəcək, lakin İnternet kəsilməyəcək.

    4G LTE-nin sürəti ilə nə istəsəniz edə bilərsiniz. Misal üçün: bütöv bir musiqi albomunu cəmi bir neçə saniyəyə, bütöv filmi bir neçə dəqiqədən daha az bir müddətə yükləyə bilərsiniz. Üstəlik, istəsəniz HD keyfiyyətli filmləri heç bir video tutulması və kəsilməsi olmadan İnternetdə onlayn rejimdə izləyə bilərsiniz.

    4G LTE şəbəkəsinin üstünlüyünü müqayisə edin.

     2G şəbəkəsi3G şəbəkəsi4G LTE şəbəkəsi
    Ortalama İnternet sürəti (MBPS) 0.06 – 0.1 3 - 5 10 - 20
    Yüklənmə müddəti
    İnternet səhifə 50 saniyə 1 saniyə Dərhal
    Musiqi (5 MB) 8 dəqiqə 11 saniyə 2 saniyə
    Video klip (25 MB) 42 dəqiqə 1 dəqiqə 13 saniyə
    Kino (750 MB) 21 saat 30 dəqiqə 7 dəqiqə
    HD video (1.5 GB) 42 saat 1 saat 14 dəqiqə

    Təqdim edilmiş rəqəmlər şərti xarakter daşıyır və yerləşdiyiniz məkandan, gün ərzində istifadə edilən zamandan, şəbəkənin yüklənməsindən asılıdır.

  7. Təhlükəsiz İnternet

    İnterneti övladlarınız üçün təhlükəsiz edin!
    Bakcell və Enginet övladlarınızın gələcəyini düşünür və onların sağlam və dolğun maariflənməsi üçün, arzuolunmaz saytlara daxil olmaqdan qoruyaraq “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Artıq valideynlərin nəzarəti olmadan uşaqlar rahatlıqla İnternetə daxil ola bilərlər.

    Aylıq trafik 10 GB
    Aylıq abunə 10 AZN
    Aktivləşdirmək *134#10#YES

    Bütün qiymətlərə ƏDV daxildir.

    “Təhlükəsiz İnternet” xidməti Bakcell və Enginet tərəfindən birgə təqdim edilir. Ölkəmizin 500-dən çox məktəbi artıq “Təhlükəsiz İnternet” şəbəkəsinə qoşulub. İndi təhlükəsiz İnternet evinizə daxil olur. Siz “Təhlükəsiz İnternet” paketini istənilən cihazda: mobil telefonda, planşetdə, kompüterdə istifadə edə bilərsiniz.

    “Təhlükəsiz İnternet” xidməti məlumatları süzgəc sistemindən keçirir və övladlarınızı

    • Mənəviyyatsız,
    • Narkotik təbliğ edən,
    • Terrorizm və zorakılığı yayan,
    • İrqi və dini ayrıseçkiliyi dəstəkləyən saytlardan qoruyacaq.

    Qeyd

    • Aylıq trafik 10 GB limitini keçdikdə İnternetdən əlavə istifadəyə görə hər 1MB üçün 0.05AZN xidmət haqqı tutulacaq.
    • Təhlükəsiz İnternet xidməti bütün günü, uşaqların aktiv olduğu zaman yüksək sürətlə təqdim edilir. Yalnız axşam saat 22:00-dan gecə 02:00 qədər İnternetin sürəti 128 kbps enir.
    • Təhlükəsiz İnternet 4G LTE şəbəkəsində dəstəklənmir.