FAQ
3G 4G
  1. İnterneti aktivləşdirmək
    Mobil telefonunuzda İnterneti aktivləşdirmək üçün 5950 qısa nömrəsinə boş SMS göndərin. Siz İnternetə sürətli çıxış üçün avtomatik seçənəkləri SMS vasitəsilə alacaqsınız. Bu seçənəkləri qəbul edib saxlamaq lazımdır. Siz həmçinin İnterneti özünüz aktivləşdirə bilərsiniz. Bunun üçün telefonun menyusunda “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın. Digər seçənəklər adətən dəyişilməz olaraq qalır.
  2. 3G nədir?
    3G (ingiliscə Third Generation , AZ- üçüncü nəsil) mobil kommunikasiya texnologiyaları –yüksəksürətli İnternet və məlumatın ötürülməsi üçün kanal yaradan radiorabitə texnologiyalarını özündə birləşdirən xidmətlərdir. Üçüncü nəsil mobil rabitəsi, paket məlumatların (data) ötürülməsi üzərində qurulub. 3G şəbəkələri desimetrlik tezlik (adətən 2Ghz ətrafında) diapazonunda işləyir. 3G şəbəkələri mobil telefonda video konfrans yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkanlar yaradır.
  3. Telefonumda 3G funksiyasının olub-olmamasını necə öyrənə bilərəm?
    Smartfonların əksəriyyəti 3G funksiyasına malikdir. Telefonunuzun 3G funksiyasına malik olub-olmamasını öyrənmək üçün 555 nömrəsinə, yəni Bakcell-in Məlumat Mərkəzinə zəng vurun, və ya yaxındakı Müştəri Xidmətləri Mərkəzinə, Bakcell-IM-lərə və yaxud diler dükanına müraciət edin. Bizim müştəri xidmətləri üzrə nümayəndələrimiz böyük məmnuniyyətlə Sizə kömək edəcəklər.
  4. Mobil telefonumda 3G-ni necə əl ilə aktivləşdirə bilərəm?
    Əgər Sizin mobil cihazınız avtomatik olaraq şəbəkəyə qoşulmursa, Siz aşağıdakı seçənəklərdən istifadə edib şəbəkəni əl ilə aktivləşdirə bilərsiniz: 3G Telefon seçənəkləri: IPhone OS: Settings->General->Network–>Enable 3G (ON) 3G Telefon seçənəkləri: Blackberry OS Manage Connections->Network and Connections->Mobile Networks->Network Mode ->3G 3G Telefon seçənəkləri: Nokia S6 Settings->Phone->Network->Network Mode->UMTS 3G Telefon seçənəkləri: Android OS Settings->Wireless and Networks->Mobile Networks->Network Mode ->WCDMA only Settings->Wireless and Networks->Mobile Networks->Use Packet Data
  5. 3G ilə mən hansı yeni xidmətlərdən istifadə edə bilərəm?
    3G texnologiyası səs zəngləri ilə yanaşı, daha qabaqcıl xidmətlərdən yararlanmaq imkanını yaradır. Bu xidmətlər mobil mühitdə bütün video və məlumat ötürməni, yəni yüksəksürətli İnternet, video zənglər, mobil televiziya və s. kimi xidmətləri daxil edir. Mobil TV, 3G video kamera və yüksək sürətlə məlumatların ötürülməsi vasitəsilə göstərilən digər xidmətlər yaxın gələcəkdə təqdim olunacaq.
  6. 3G şəbəkəsində İnternet və video zənglərin qiyməti nə qədər olacaq?
    Adi və video zənglər arasında qiymət fərqi yoxdur. Video zəng üçün əlavə haqq tutulmur. Hal-hazırda “pay as you go” (xidmət üçün əvvəlcədən ödəniş) İnternetin qiymətində də həmçinin dəyişikliklər nəzərdə tutulmayıb.
  7. 3G şəbəkəsində İnternetin sürəti nə olacaq?
    3G İnternetinin “meqabayt” sürəti ən tələbkar İnternet istifadəçilərini belə razı salacaq. 3G texnologiyası sayəsində, Siz 28Mbps qədər məlumat ötürmə sürətindən yararlana biləcəksiniz. Məlumat ötürmə sürəti istifadəçilərin sayı və baza stansiyasına qədər olan məsafədən asılıdır: şəbəkədən istifadə edən müştərilərin sayı və abunəçinin baza stansiyasına qədər məsafəsi nə qədər çoxdursa, o qədər də məlumat ötürmə sürəti aşağı olacaqdır.
  8. Video zəng nədir?
    Video zəng” – səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən texnologiyadır. Bu texnologiya sayəsində, abunəçilər bir birini eyni vaxtda eşidib görmək imkanını əldə edəcəklər. Nəzərə alın ki, heç də bütün mobil telefonlar video zəng xidmətini dəstəklərmir. Video zəng funksiyasını dəstəkləyən ən populyar cihazlar Nokia və Samsung tərəfindən istehsal edilir.
  9. Mən necə video zəng edə bilərəm?
    Video zəngi etmək səs zəngini etmək kimi olduqca asandır. Sadəcə nömrəni yığmaq lazımdır. Yeganə fərq ondan ibarətdir ki, səs zəngi yox, video zəng funksiyasını seçmək lazımdır. Əgər Siz və zəng etdiyiniz abunəçi 3G texnologiyasını dəstəkləyən mobil telefonlarından istifadə edirsinizsə, telefonunuzu göz qabağında tutun və ekrana baxın.
  10. Men iPhone 4 markalı telefon işlədirəm. 3G ni aktiv etdikdən sonra ekrana 3G işarəsi gəlir; sürətli internetə girə bilirəm, lakin görüntülü danışıqdan istifadə edə bilmirəm.
    Video zəng – 3G texnologiyasının səs və videonun eyni vaxtda ötürülməsini mümkün edən ən maraqlı xidmətlərindən biridir. Ancaq nəzərə alın ki, heç də bütün mobil telefonlar, o cümlədən iPhone mobil cihazı video zəng xidmətini dəstəkləmir. Bununla belə, xüsusi proqramlar (application) vasitəsilə iPhone cihazlarında video zəng xidmətindən istifadə etmək olar. iPhone 4-də “Face Time” adlanan proqram mövcuddur. Bu proqram vasitəsilə yalnız Apple istehsalı olan cihazlara video zəng etmək olar. Qeyd edək ki, bu və digər proqramlar vasitəsilə iPhone cihazlarında video zəng funksiyasının yerinə yerililməsi üçün Wi-Fi internet bağlantısının olması zəruridir.
  11. Digər mobil operatorların nömrələrinə video zəng etmək mümkündürmü?
    Digər mobil operatorların nömrələrinə video zəng etmək üçün həm zəng edən həm də zəngi qəbul etən abunəçinin 3G şəbəkəsi aktiv olmalı, video zəng funksiyasını dəstəkləyən və quraşdırılmış video zəng kameraya malik 3G telefonlarından istifadə edilməlidir. Bu halda sadəcə: 1) Telefonunuzun ünvan kitabçasından istənilən abunəçini seçin. 2) Video zəng funksiyasını seçin. 3) Video zənginiz, zəng etdiyiniz abunəçi dəstəyi qaldıran zaman başlanacaqdır.
  12. Digər mobil operatorların nömrələrinə edilən video zənglərin qiyməti nə olacaq?
    3G vasitəsilə digər mobil operatorlara edilən video və adi səs zəngləri arasında qiymət fərqi yoxdur.
  13. Video zənglər və 3G İnternet xidmətlərindən rouminq zamanı istifadə etmək olarmı?
    3G texnologiyasına aid xidmətlər yalnız 3G şəbəkəsinə malik və Bakcell ilə data/GPRS və 3G rouminq müqaviləsi olan rouminq tərəfdaşların şəbəkələrində mümkündür. UMTS/HSDPA standartını dəstəkləyən mobil telefonlardan istifadə edən abunəçilər, Bakcell-in rouminq tərəfdaşlarının 3G şəbəkəsində qeydiyyatdan keçib, adi rejimdə rouminq xidmətlərindən istifadə edə bilərlər. Rouminq zamanı 3G şəbəkəsində İnternetdən istifadə zamanı sərf olunan trafik, rouminqdə məlumatın ötürülməsinə dair müvafiq qiymətlərə əsaslanaraq hesablanır. Rouminqdə olarkən 3G texnologiyasından istifadə, seçilmiş rouminq tərəfdaşın texniki imkanlarından asılıdır. Rouminqdə video zəng xidməti hal hazırda aktiv deyil. 3G şəbəkəsi aktiv olan Bakcell-in rouminq partnyorlarının siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
    ÖlkəOperator
    Belarus Life
    Belçika Belgacom
    Belçika Mobistar
    Bosniya və Herseqovina BH Telecom
    Braziliya TIM
    Bolqarıstan Mobitel
    Bolqarıstan Vivacom
    Kanada BELL MOBILITY
    Xorvatiya Tele2
    Kipr MTN
    Çex Respublikası Vodafone
    Ekvador Conecel
    Misir Mobinil
    Estoniya Tele2
    Estoniya Elisa
    Estoniya EMT
    Farer adaları Faroese Telecom
    Fransa SFR
    Almaniya Vodafone
    Qana MTN
    Cəbəluttariq Gibtelecom
    Yunanıstan Wind Hellas
    Macarıstan Telenor
    Hindistan Idea Cellular Limited
    Hindistan Vodafone
    Hindistan Airtel
    İndonesiya Indosat
    İordaniya Orange
    Qazaxıstan Kcell
    Qazaxıstan KAR-TEL
    Latviya Tele2
    Latviya Bite
    Litva Bite
    Litva Tele2
    Mavritaniya Orange
    Moldova Orange
    Panama Claro
    Peru Claro
    Filippin Globe Telecom
    Polşa Polkomtel
    Qətar Qtell
    Rumıniya Orange
    Rusiya Megafon
    Sinqapur M1
    Slovakiya Telefonica
    Sloveniya Telekom
    İspaniya Orange
    İspaniya Telefónica
    İsveçrə Swisscom
    Tacikistan Babilon-Mobile
    Türkiyə AVEA
    BƏƏ Du
    ABŞ T-Mobile
    Özbəkistan Unitel
  14. Daxil olan zəngin video zəng olub-olmamasını nə cür bilmək olar?
    3G bağlantısından istifadə zamanı istənilən şəxs Sizə video zəng edərsə, mobil telefonunuzun ekranında xüsusi işarə göstəriləcək. Cavab vermək üçün video zəng funksiyasını seçin. Əgər Siz video təsviri göndərmək arzusunda deyilsinizsə, kameranı söndürüb adi səs rejimində danışa bilərsiniz.
  15. 3G şəbəkəsindən istifadə etmək üçün telefonumun İnternet seçənəklərində hər hansı bir dəyişikliklər etmək lazımdırmı?
    İnternetdən istifadə etmək üçün 3G-ni dəstəkləyən telefonunuzun seçənəklərini dəyişmək lazım deyil. Cari seçənəklər telefonun həm GSM, həm də 3G şəbəkəsində işləməsini təmin edir.
  16. Mən 3G-dən istifadə etmək arzusunda deyiləmsə, şəbəkə bağlantısını ləğv edə bilərəm?
    Siz istənilən zaman 3G şəbəkəsini söndürə bilərsiniz. Nəzərə alın ki, 2G şəbəkəsinə qayıdan zaman şəbəkə rejimi “GSM” və ya “yalnız 2G” rejiminə qaytarılmalıdır.
  17. Zəng etmək və ya zəngi qəbul etmək mümkün olmaması, və yaxud SMS göndərmək/almaq mümkün olmaması kimi problemlərlə üzləşəndə nə etməliyəm?
    3G texnologiyası hal hazırda test rejimində fəaliyyət göstərir və bu kimi problemlər yarana bilər. Bu cür hallarda sadəcə “2G” (GSM) şəbəkəsinə qayıdın. Abunəçinin cihazında ikili rejim (dual mode- həm 2G, həm 3G-nin aktiv oması) varsa, ekranda “SOS”, “No Network Coverage” (Şəbəkə xaricində), “Emergency Calls Only” (Yalnız fövqəladə zənglər) kimi mesajlar göstəriləcək və bu halda abunəçi öz telefonunu “2G only” (“yalnız 2G”) şəbəkə rejiminə keçirməlidir.
  18. 3G texnologiyasından CIN, Klass və Gold daxil olmaqla bütün Bakcell abunəçiləri istifadə edə biləcəklərmi?
    3G texnologiyasından bütün Bakcell abunəçiləri faydalana biləcəklər. Müasir xidmətlərdən yararlanmaq üçün sadəcə 3G-ni dəstəkləyən mobil telefondan istifadə etmək lazımdır.
  19. Bakcell-in 3G texnologiyasının xidmətləri bütün ölkə ərazisində göstəriləcək mi? 3G –nin Planlaşdırılmış əhatə dairəsi necədir?
    Bakcell abunəçiləri 3G texnologiyasından Respublikamızın bütün şəhərlərində faydalana biləcəklər.
  20. Mənim telefonum 3G-ni dəstəkləyirmi?
    20. Əgər Siz mobil telefonunuzun 3G şəbəkəsini dəstəkləməsini bilmək istəyirsinizsə o zaman telefonunuzun xüsusiyyətlərində şəbəkə bölməsində “ikili rejimi 2G/3G” əl ilə seçin.